Brendlərin RəqəmsalGələcəyini Yaradırıq.
Yessir olaraq inanırıq ki, əla dizayn və funksionallıq vizualdan daha çox şeydir. İnsanları və brendləri birləşdirən mənalı rəqəmsal təcrübələr yaratmaqdır.
2025-ci ildən Yessir Agency olaraq
Brendlərə sadəcə xidmət yox, real nəticə gətirən rəqəmsal həllər təqdim edirik. Qısa müddətdə fərqli sahələrdə fəaliyyət göstərən müştərilərimiz üçün kreativ və performans yönümlü yanaşmalarımızla fərq yaratmışıq.
Bizim üçün hər layihə yeni bir challenge, hər müştəri isə uzunmüddətli tərəfdaşdır.
Missiyamız
Məqsədimiz brendləri rəqəmsal dünyada görünən yox, seçilən etməkdir.
Hər layihəyə fərdi yanaşır, biznesin ehtiyacına uyğun xüsusi strategiyalar qururuq. Kreativ komandamız və müasir texnologiyalarla müştərilərimizin bazarda önə çıxmasını və davamlı inkişafını təmin edirik.
Bildiyimiz və sevdiyimiz alətlərə əsaslanan sürət, miqyas və üslub
Frontend Texnologiyaları
İstifadəçi ilə birbaşa təmasda olan interfeysləri müasir frontend texnologiyaları ilə qururuq. Sürətli yüklənmə, responsiv dizayn və təmiz kod strukturu əsasımızdır.
Backend Texnologiyaları
Platformanın arxa planını stabil, təhlükəsiz və ölçüləbilən arxitektura üzərində qururuq. API əsaslı yanaşma ilə frontend və digər sistemlərlə problemsiz inteqrasiya təmin edirik.
Mobil Tətbiq Texnologiyaları
iOS və Android üçün performanslı, istifadəçi dostu mobil tətbiqlər hazırlayırıq. Native və cross-platform texnologiyalarla ehtiyaca uyğun həllər təqdim edirik.
Məlumat Bazası
Məlumatların təhlükəsiz saxlanması, sürətli oxunması və miqyaslana bilməsi üçün uyğun database və backend servis strukturları qururuq. Real-time və cloud əsaslı həllərdən istifadə edirik.
Bulud, Server & DevOps
Layihələrin server mühitini optimallaşdırır, təhlükəsizlik və performansı maksimum səviyyədə saxlayırıq. Avtomatik deploy, monitorinq və stabil işləmə əsasında işlər həyata keçir.
Dizayn & UI / UX
Əvvəl prototip və wireframe hazırlayır, sonra istifadəçi təcrübəsinə fokuslanan UI/UX dizayn yaradırıq. Lazım olduqda xüsusi illustrasiyalar, fotomanipulyasiyalar və animasiyalar ilə vizual dəyəri artırırıq.
AI & Avtomatlaşdırma
AI əsaslı həllər və avtomatlaşdırma sistemləri ilə biznes proseslərini sürətləndiririk. Chatbot inteqrasiyaları, custom AI alətləri və lokal AI API-lərlə ağıllı sistemlər qururuq.
Komandamız
Yessir Agency komandası dizaynerlər, developer-lar və marketinq mütəxəssislərindən ibarət güclü bir ekosistemdir.
Bizim üçün əsas məqsəd müştərinin uğurudur.
